ABA-nın Rəyasət Heyətinin iclası keçirilib

Əlavə edilib:

14 aprel 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin iclası keçirilib.

İclasda Özəl Kredit Bürosunun yaradılması ilə bağlı məsələlər, Bank Ombudsmanının Reqlamentinə əlavə və dəyişikliklərin təsdiqi, girovun realizasiyası prosesinin təkmilləşdirilməsi üzrə işlər və gündəlikdə olan digər müzakirə edilib.

Həmçinin iclasda ABA-nın nəzdində yaradılan Maliyyə Savadlığı Şurasının (MSŞ) Əsasnaməsi, Şuranın sədri və müavini, həmçinin ABA-nın maliyyə savadlılığı üzrə strategiyasının hazırlanması üzrə İşçi Qrupun üzvləri təsdiq edilib.

Eyni zamanda “İlin Ən Fəal Ekspert Qrupu” nominasiyası üzrə ABA-nın nəzdində fəaliyyət göstərən Ekspert Qruplarının mükafatlandırılması mərasimi də baş tutub.

Bununla yanaşı, Ekspert Qruplarının strukturunda və rəhbərliyində müvafiq dəyişikliklər edilib.

MÜDDƏT