ABA-nın “Risklərin idarə edilməsi üzrə Ekspert Qrupu”nun iyun ayı üzrə 3 onlayn iclası keçirilib

Əlavə edilib:

17-23-24 iyun 2020-ci il tarixlərində Azərbaycan Respublikasının Mərkəzi Bankı, Vergi Xidməti və Azərbaycan Banklar Assosiasiyasına (ABA) üzv bankların rəhbər nümayəndələrinin, həmçinin nəzdində fəaliyyət göstərən “Risklərin idarə edilməsi üzrə Ekspert Qrupu”nun üzvlərinin iştirakı ilə görüş keçirilmişdir.

Görüş zamanı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (Vergi Xidməti) tərəfindən hazırlanmış “Xüsusi ehtiyat fondlarının yaradılmasına aid edilən məbləğlərin vergitutma məqsədləri üçün gəlirdən çıxılması” Qaydasının layihəsi, bununla əlaqədar banklar tərəfindən toplanmış, “Risklərin idarə edilməsi üzrə Ekspert Qrupu”nun üzvləri tərəfindən sistemləşdirilmiş təkliflər Dövlət Vergi Xidmətinin nümayəndələri ilə müzakirə edilmiş, ABA tərəfindən verilmiş təkliflər əsaslandırılaraq Dövlət Vergi Xidmətinin diqqətinə çatdırılmış və qaydalara müvafiq olaraq əlavə və düzəlişlər edilməsi müzakirə edilmişdir.

Müzakirələr nəticəsində Qayda layihəsinin son versiyası hazırlanaraq banklara təqdim edilmişdir.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT