ABA-nın “Risklərin İdarə Edilməsi” və “Xəzinədarlıq və Fondların İdarə Olunması” Ekspert Qruplarının iclası keçirilib

Əlavə edilib:

6 iyul 2020-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən “Risklərin İdarə Edilməsi” və “Xəzinədarlıq və Fondların İdarə Olunması” Ekspert Qruplarının AMB-nin nümayəndələri ilə onlayn iclası keçirilmişdir.

İclas zamanı “Banklarda likvidlik risklərinin idarə edilməsi” Qaydasının yeni layihəsi üzrə bankların rəy və təklifləri üzərində ətraflı müzakirələr aparılmış, bankların və requlyatorun mövqeyi dinlənilmişdir.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT