ABA-nın Ümumi Yığıncağı keçirilib

Əlavə edilib:

15 fevral 2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ümumi yığıncağı keçirilib.

Yığıncağı giriş sözü ilə açan Zakir Nuriyev iclasın gündəliyində olan məsələlər barədə məlumat verib.

İclasın gündəliyinə ABA-nın  2018-ci  il  üzrə  fəaliyyətinə  dair  hesabatın  (görülmüş  işlər, Ekspert Qrupları və maliyyə hesabatı) dinlənilməsi və təsdiqi, ABA-nın Audit Komitəsinin hesabatının dinlənilməsi və təsdiqi, ABA-nın  törəmə  qurumlarının 2019-cu  il  üzrə  büdcəsinin  və  ştat cədvəlinin təsdiqi:  ABTM; Banklar və Biznes qəzeti; Biləsuvar bağça-məktəb-lisey kompleksi və cari məsələlər daxil olub.

İclasda ABA-nın 2018-ci il üzrə fəaliyyətinə dair hesabat və maliyyə təsərrüfat hesabatı Yunus Abdulov tərəfindən təqdim edilib və təsdiq edilib. ABA-nın Audit Komitəsinin hesabatı dinlənilib və təsdiq edilib. Həmçinin ABA-nın törəmə qurumlarının 2019-cu il üzrə büdcəsi və ştat cədvəli təsdiq edilib.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT