ABA-nın “Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə” Ekspert Qrupu ilə AFBİA arasında görüş keçirilmişdir

Əlavə edilib:

21 fevral 2022-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə” Ekspert Qrupunun nümayəndələri ilə Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının (AFBİA) rəhbərliyi arasında onlayn iclas keçirilmişdir.

İclas zamanı korporativ istiqraz bazarı və REPO əməliyyatlarında banklar tərəfindən investisiyaların artırılması, eyni zamanda bu istiqamətdə bankların xəzinədarlıq departamentinin qarşılaşdığı çətinliklərlə bağlı müzakirələr və qarşılıqlı fikir mübadiləsi aparılmış, suallara cavab verilmişdir.

MÜDDƏT