ABA-nın yeni yaranmış “Rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə üzrə Ekspert Qrupu”na sədr təsdiqləndi

Əlavə edilib:

Azərbaycan Banklar Assosiasiyası (ABA) Rəyasət Heyətinin 30 mart 2023-cü il tarixində keçirilmiş iclasında yeni yaranmış “Rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə üzrə Ekspert Qrupu”na sədr vəzifəsinə ABB-nin Rəqəmsal Dələduzluqla Mübarizə üzrə qrup rəhbəri Cavidan Əfəndiyev təyin edilmişdir.

Qeyd edək ki, yeni ekspert qrupu ABA-nın aktiv qruplarından olan “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun təşəbbüsü və dəstəyi ilə yaradılmışdır.

Ekspert qrupunun sədri təyin edilən Cavidan Əfəndiyev Bakı Dövlət Universitetinin, Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsində bakalavr dərəcəsində təhsil almışdır.

Karyersına 2015-ci ildə “MilliKart” ASC-də İnformasiya Təhlükəsizliyi Departamentinin kiçik mütəxəssis kimi başlamış Cavidan Əfəndiyev, 2019-cu ildə “AzeriCard” ASC-də İnformasiya Təhlükəsizliyi Departamentinin aparıcı mütəxəssis, 2019-cu uildə “Paşa Bank” ASC-də, Rəqəmsal Dələduzluğun İdarə olunması şöbəsində baş mütəxəssis, 2021-ci ildə “Unibank” ASC-nin Rəqəmsal Dələduzluğun İdarə edilməsi şöbəsinin rəhbəri vəzifələrində çalışmışdır.

Cavidan Əfəndiyev 2023-ci ildən ABB-nin Rəqəmsal Dələduzluqla Mübarizə üzrə qrupa rəhbərlik edir.

Xatırladaq ki, ABA-nın nəzdində bank-maliyyə sektorunun müxtəlif istiqamətlərini əhatə edən 14 Ekspert Qrupu fəaliyyət göstərir.

MÜDDƏT