ABA nümayəndəsi Qırğızıstanda keçirilən “Bişkek Beynəlxalq Maliyyə Forumu”nda iştirak edib

Əlavə edilib:

25 may 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nümayəndəsi Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində keçirilən “Bişkek Beynəlxalq Maliyyə Forumu – BIFF2023”-də iştirak etmişdir.

Forum çərçivəsində Qırğız Respublikasında və digər qonşu ölkələrdə rəqəmsallaşmaya dair fikir mübadiləsi aparılmış, burada ən son tendensiyalar müzakirə edilmiş, IT həlləri istiqamətində təqdimatlar edilmişdir. Maliyyə tədbirinin əsas mövzuları maliyyə sektorundakı tendensiyalar və innovasiyalar, davamlı maliyyələşdirmə məsələləri və ESG prinsipləri ilə bağlı olmuşdur.

Əlavə edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 24 bank və 5 qeyri-bank kredit təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT