ABA rəhbərliyi ilə Aqrar Kredit və İnkişaf Agentliyinin sədri arasında görüş keçirilib

Əlavə edilib:

Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbərliyi ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev arasında görüş keçirilib.

Görüş zamanı kənd təsərrüfatını kreditləşməsi sahəsindəki mövcud vəziyyət, qarşıya çıxan çağırışlar və onların həlli yolları müzakirə edilib.

Banklarla kommunikasiyanı genişləndirmənin vacibliyi qeyd edilib və mövcud problemlərin həlli yolları araşdırılıb.

Nəticədə kənd əhalisinin, kənd təsərrüfatı ilə məşğul olan fermerlərin maliyyə resurslarına əlçatanlıq imkanları araşdırılıb, təhlil edilib və bu işlərin müsbət yöndə davam etdirilməsi qərara alınıb.

MÜDDƏT