ABA rəhbərliyi və beynəlxalq ekspert arasında görüş keçirilib

Əlavə edilib:

21 fevral 2019-cu il tarixində Azərbaycan maliyyə vasitəçilərinin rəhbərləri və digər mühüm vəzifələr üçün peşə tələblərinin və onların ölçülməsi alətlərinin hazırlanması məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən dəvət olunmuş beynəlxalq ekspert  Mariola Szymańska-Koszczyc ilə Azərbaycan Banklar Assosiasiyası (ABA) arasında görüş baş tutub.

Görüşdə ABA-nın prezidenti Zakir Nuriyev və icraçı direktoru Yunus Abdulov, MBNP nümayəndələri iştirak ediblər.

Görüş əsnasında ekspertə ABA-nın fəaliyyəti, ABA nəzdində fəaliyyət göstərən Azərbaycan Bank Tədris Mərkəzinin (ABTM) gördüyü işlər, təlim və sertifikasiya məsələləri barədə məlumat verilib, bu sahədə tələb olunan təkmilləşmələr istiqamətində fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT