ABA rəhbərliyi və xarici ekspert arasında görüş keçirilib

Əlavə edilib:

26 aprel 2019-cu il tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən xaricdən dəvət edilmiş ekspert-AniCap şirkətinin baş icraçı direktoru David Monkman  və  Azərbaycan  Banklar Assosiasiyasının rəhbərliyi arasında görüş keçirilmişdir.

Görüşdə sahibkarlığın maliyyələşdirilməsi, kiçik və orta biznes subyektlərinin maliyyə əlçatanlığı barədə fikir mübadiləsi aparılmış, ekspertə ölkədə bu istiqamətdə həyata keçirilən tədbirlərlə bağlı  məlumat verilmiş və gələcək əməkdaşlıq  imkanları  istiqamətində müzakirələr aparılmışdır.

MÜDDƏT