ABA Şanxayda keçirilmiş Avrasiya Maliyyə-İqtisadi Forumu və Beynəlxalq Bank Şurasının iclasında təmsil olunub

Əlavə edilib:

17–19 aprel 2025-ci il tarixlərində Şanxay şəhərində “Yeni reallıqlarda biznes əməkdaşlığının inkişafı” mövzusunda Avrasiya Maliyyə-İqtisadi Forumu və Avrasiya Maliyyə-Biznes Əməkdaşlığı Assosiasiyası (AƏMBA), Çin Beynəlxalq İnvestisiyaları Təşviq Assosiasiyası, Asiya Maliyyə Əməkdaşlığı Assosiasiyası təşkiltaçılığı, Azərbaycan Banklar Assosiasiyası ilə yanaşı digər ölkələrin Banklar Assosiasiyalarının  rəhbərlərinin də iştirakı ilə Beynəlxalq Bank Şurasının iclası keçirilmişdir.

Forumun əsas məqsədi – “Bir kəmər, bir yol” və “Böyük Avrasiya Tərəfdaşlığı” təşəbbüsləri çərçivəsində qarşılıqlı iqtisadi, maliyyə və texnoloji əməkdaşlığın gücləndirilməsi olmuşdur.

Tədbirdə Azərbaycan Banklar Assosiasiyasının İcraçı direktoru Yunus Abdulov iştirak etmiş və ölkəmizdə həyata keçirilən rəqəmsal maliyyə islahatları barədə çıxış etmişdir. O, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanun, fintexlərin fəaliyyətini tənzimləyən hüquqi baza və “2024–2026 Maliyyə Sektorunun İnkişaf Strategiyası” çərçivəsində görülən işlər barədə ətraflı məlumat vermişdir.

Azərbaycan Banklar Assosiasiyası bu kimi beynəlxalq platformalarda iştirak etməklə ölkəmizin bank-maliyyə sektorunun nailiyyətlərini təqdim etməkdə və beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsində fəal iştirakını davam etdirir.

MÜDDƏT