ABA üzvləri üçün “eherrac.gov.az” portalının təqdimatı keçirilmişdir

Əlavə edilib:

Azərbaycan Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun üzvləri üçün “Elektron Hərrac” sistemi haqqında məlumat verilmiş və “eherrac.gov.az” portalının təqdimatı keçirilmişdir. Təqdimat “Elektron Hərrac” sisteminin Layihə rəhbəri Nurlan Həsənli tərəfindən keçirilmişdir. Layihə rəhbəri Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) Elektron Hökumətin İnkişafı Mərkəzi, Respublika Xammal və Əmtəə Birjası, həmçinin aidiyyəti dövlət qurumlarının birgə əməkdaşlığı çərçivəsində “Elektron Hərrac” sistemi yaradılması və pilot layihə olaraq istifadəyə verilməsi haqqında məlumat verərək, artıq hərracların eherrac.gov.az portalı üzərindən həyata keçiriləcəyini qeyd etmişdir.

Yeni sistem şəffaflığın təmin edilməsinə, hərracda insanların rahat və məhdudiyyətsiz iştirakına, o cümlədən uzaqda yaşayanların hərraca qatılmasına şərait yaradacaq, ölkədə əmlak bazarının inkişafına töhvə verəcək.

“Elektron Hərrac”dan yararlanmaq üçün vətəndaş eherrac.gov.az portalından “ASAN Login” vasitəsilə sistemə daxil olmalı, iştirak haqqını və depoziti (beh) onlayn şəkildə “ASAN ödəniş” sistemi vasitəsi ilə ödəməli, hərrac başladıqdan sonra qalib olmaq üçün təkliflərini irəli sürməlidir.

Qalib iştirakçı haqqında sistem protokol tərtib edərək onu Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin informasiya sistemlərinə ötürülür.

Təqdimatda Ekspert Qrupunun üzvlərini maraqlandıran suallara cavab verilmişdir.

MÜDDƏT