ABA və EMTA arasında görüş keçirilib

Əlavə edilib:

27 may 2025-ci il tarixində Enerji Məsələlərini Tənzimləmə Agentliyi və Azərbaycan Banklar Assosiasiyasının üzv təşkilatlarının rəhbər nümayəndələrinin iştirakı ilə onlayn görüş keçirilib.

Görüşün əsas məqsədi Enerji Effektivliyi Fondu çərçivəsində güzəştli kreditlərin verilməsi mexanizmləri və banklarla əməkdaşlıq imkanlarının müzakirəsi olmuşdur.

 Görüş zamanı Enerji Effektivliyi Fondunun vəsaitlərindən istifadə mexanizmləri, güzəştli kreditlərin verilməsi prosedurları, müvəkkil kredit təşkilatlarının rolu və qarşılıqlı əməkdaşlıq çərçivəsində nəzərdə tutulan fəaliyyət istiqamətləri ətrafında geniş müzakirələr edilib. İştirakçılar prosesin şəffaf və effektiv şəkildə təşkili, eləcə də bank sektorunun bu təşəbbüsdə fəal iştirakının vacibliyini vurğulayıb

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 2 qeyri-bank kredit təşkilatı, 3 digər təşkilat olmaqla, ümumilikdə 27 təşkilat ABA-nın üzvüdür.

MÜDDƏT