ABA və “AmCham Azərbaycan” nümayəndələri arasında görüş keçirilmişdir

Əlavə edilib:

31 may 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ekspert Qrupları, “AmCham Azərbaycan”ın “Bank, Maliyyə, Sığorta Komitəsi” (BMS) və quruma üzv olan şirkətlərin nümayəndələri arasında görüş keçirilmişdir.

“AmCham Azərbaycan”ın aylıq görüşünə həsr edilmiş dəyirmi masada hazırlanmaqda olan və bank sektorunu əhatə edən ilkin “Ağ Kağız”da yer alan təklif və tövsiyələrin nəzərdən keçirilməsi və müzakirəsi aparılmışdır. Həmçinin görüş zamanı ABA Ekspert Qrupları və AmCham üzvləri hər bir tövsiyə üzrə müzakirələrdə fəal iştirak etmişdir. Tövsiyə və təkliflər nəzərə alınmaqla isə “Ağ Kağız”ın digər bölmələr ilə birlikdə tərtib olunacaq və baxılması üçün Azərbaycan Hökumətinə təqdim ediləcək.

Qeyd edək ki, “AmCham Azərbaycan” davamlı olaraq “Azərbaycan Biznes İqliminin Təkmilləşdirilməsi üzrə Müşahidələr və Tövsiyələr” adlı “Ağ Kağız” nəşrini hazırlayır. Sözü gedən sənəd bank, vergi, gömrük, maliyyə və sığorta, əmək, turizm, kənd təsərrüfatı və digər sahələri əhatə edir.

Əlavə edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 24 bank və 5 qeyri-bank kredit təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT