ABA və AZFİNA arasında görüş keçirilmişdir

Əlavə edilib:

17 noyabr 2021-ci il tarixində ödəniş kartları sahəsində fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə tədbirləri çərçivəsində birgə fəaliyyətin koordinasiya edilməsi məqsədilə Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası arasında görüş keçirilmişdir.

Görüş zamanı ödəniş kartları ilə aparılan fırıldaqçılıq əməliyyatlarına qarşı ictimaiyyətin müxtəlif kanallar, o cümlədən maliyyə institutlarının internet səhifələri, elektorn bankçılıq xidmətləri, rəqəmsal ödəniş imkanı təqdim edən platformalar üzərindən məlumatlandırılması, bu istiqamətdə zəruri resursların ayrılması müzakirə edilmişdir.

MÜDDƏT