ABA və BVF-nin nümayəndə heyəti arasında görüş keçirilib

Əlavə edilib:

06 noyabr 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Risklərin idarə edilməsi Ekspert Qrupu”nun üzvləri və Beynəlxalq Valyuta Fondunun (BVF) nümayəndə heyəti arasında görüş keçirilib.

BVF tərəfdən Anna Bordonun başçılıq etdiyi nümayəndə heyətinin tərkibində iqtisadçı Gustavo Ramirez, Safari Kasiyato və Jiri Jonas iştirak edib.

Görüş çərçivəsində bank sektorundakı son yeniliklər, çağırışlar və gələcək gözləntilər ətrafında müzakirələr aparılıb.

Əlavə edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 23 bank və 6 qeyri-bank kredit təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT