ABA və “Clarity AI” platforması arasında onlayn görüş keçirilib

Əlavə edilib:

31 may 2024-cü il tarixində “Clarity AI” platforması və Azərbaycan Banklar Assosiasiyasının (ABA) “ESİ və Dayanıqlı bankçılıq Ekspert Qrupu”nun üzvləri arasında onlayn görüş keçirilib.

Görüş çərçivəsində ESG (Ətraf mühit, sosial və idarəetmə) məsələləri üzrə potensial tərəfdaşlıq imkanları müzakirə edilib.

Əlavə edək ki, 2017-ci ildə yaradılan “Clarity AI” bütün dünyada tanınan, müxtəlif beynəlxalq mükafatlara layiq görülən dayanıqlı texnologiya platformasıdır.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 23 bank və 2 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.

MÜDDƏT