ABA və “Deloitte” şirkəti bank nümayəndələri üçün seminar keçirib

Əlavə edilib:

ABA və “Deloitte” şirkəti bank nümayəndələri üçün seminar keçirib.

25 Aprel 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Komplayns” üzrə Ekspert Qrupunun üzvləri və Qrupa üzv olmayan digər bankların məsul şəxləri üçün seminar keçirilib.

BBN.az xəbər verir ki, seminar “Fatca və CRS üzrə praktiki məsələlər” mövzusunda,“Deloitte” Azərbaycan şirkətinin eksperti tərəfindən təqdim edilib.

Vergi direktoru Emil Qarayev Deloitte Azərbaycan və ABA tərəfindən təşkil olunan tədbirdə Azərbaycanda Ümumi Hesabat Standartının tətbiqi praktiki aspektləri ilə bağlı təqdimat keçirib.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT