ABA və DVX nümayəndələri arasında görüş keçirilmişdir

Əlavə edilib:

29 noyabr 2022-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyəti üzvlərinin müvafiq rəhbər nümayəndələri ilə Dövlət Vergi Xidmətinin (DVX) rəhbər nümayəndələri arasında onlayn görüş keçirilmişdir.

Görüş zamanı, “kütləvi təklif edilmiş və tənzimlənən bazar”da ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə fiziki şəxslərə ödənilən divident, diskont və faiz gəlirlərinin 5 (beş) il müddətində ödəmə mənbəyində vergidən azad olunması ilə bağlı ABA tərəfindən DVX-ya ünvanlanmış məktubda qaldırılan məsələlər müzakirə edilmişdir.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatları təmsil etmək, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvidirlər.

MÜDDƏT