ABA və IFC nümayəndə heyətinin görüşü keçirilmişdir

Əlavə edilib:

31 yanvar 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA), Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) və  Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) rəhbər şəxslərinin iştirakı ilə görüş keçirilmişdir.

Görüş zamanı  ABA, IFC və AMFA arasındakı əməkdaşlığın strateji prioritetləri müzakirə edilmişdir.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 23 bank və 6 qeyri-bank kredit təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT