ABA və Sahibkarlığın İnkişafı Fondunun rəhbərliyi arasında onlayn görüş keçirilmişdir

Əlavə edilib:

18 yanvar 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə müvəkkil kredit təşkilatlarının nümayəndələri və Sahibkarlığın İnkişafı Fondu (SİF) arasında “Zoom” platforması üzərindən onlayn görüş keçirilmişdir.

Onlayn görüşdə Fondun güzəştli kredit mexanizmi ilə bağlı 2024-cü il üzrə müəyyənləşdirilmiş prioritet istiqamətlər açıqlanıb. Bildirilib ki, bu il yaşıl layihələrin güzəştli maliyyə resursları hesabına inkişaf etdirilməsi və işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin güzəştli maliyyə imkanları ilə təmin edilməsi əsas hədəflərdəndir. Bununla yanaşı, Fondun kreditlərinin verilməsi prosesində mövcud vəziyyət müzakirə olunub, tövsiyələr təqdim edilib.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 23 bank və 6 qeyri-bank kredit təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT