ABA və SİF arasında görüş keçirilib

Əlavə edilib:

3 avqust 2022-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Sahibkarlığın İnkişafı Fondu (SİF) arasında onlayn görüş keçirilib. Görüş çərçivəsində yerli banklar ilə Fond arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi və Fondun vəsaitləri hesabına biznes subyektlərinin maliyyələşdirməsi prosesinin təkmilləşdirilməsi məqsədilə irəli sürülən rəy və təkliflər müzakirə edilib.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 26 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT