ABA və UNESCAP arasında görüş keçirilmişdir

Əlavə edilib:

29 may 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “ESİ və Dayanıqlı bankçılıq Ekspert Qrupu”, “Kredit işi Ekspert Qrupu” üzvləri və Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) nümayəndələri arasında onlayn görüş keçirilmişdir.

Görüş çərçivəsində Azərbaycanda Birbaşa Xarici İnvestisiyaları (BXİ) fəal şəkildə təşviq etmək üçün hərtərəfli fəaliyyət planını hazırlamaq, ölkə üçün prioritet sektorları müəyyən etmək və həyata keçirmək ilə bağlı məsələlər müzakirə edilmişdir.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 23 bank və 2 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.

MÜDDƏT