ABA və “Visa İnc.” beynəlxalq kart təşkilatının nümayəndələri arasında görüş keçirilib

Əlavə edilib:

Azərbaycan Banklar Assosiasiyasının (ABA) icraçı direktoru Yunus Abdulov  və ABA-nın nəzdindəki “Ödəniş Sistemləri və Alternativ Xidmət Kanalları” üzrə Ekspert Qrupunun üzvləri ilə “Visa İnc.” beynəlxalq kart təşkilatının nümayəndələri arasında görüş keçirilib.

Görüşdə “Ödəniş Sistemləri və Alternativ Xidmət Kanalları” üzrə Ekspert Qrupunun üzvləri Eltəkin Rəhimov, Teymur Ağakişiyev və “Visa İnc.”  beynəlxalq kart təşkilatının Qafqaz, Müstəqil Dövlətlər Birliyi (MDB) və Cənub-Şərq  Avropa regionu üzrə baş meneceri Kristina Doros, Biznes İnkişaf üzrə Direktor Nurlan Hacıyev, MDB və Cənub-Şərqi Asiya regionunda Hökümətlə Əlaqələr üzrə baş direktor İrina Kamxadze, MDB və Cənub-Şərqi Asiya regionunda Hökümətlə Əlaqələr üzrə direktor Yuliya Zavalişina, Biznes Həlləri üzrə direktor Olqa Rudenko, Avropa, Yaxın Şərq və Afrika ölkələrində Böyük Korporativ Biznes üzrə rəhbər Klayd Bleyr Rosanovski iştirak edib.

Görüş zamanı ilkin olaraq ABA-nın  icraçı direktoru  Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində ödəniş kartları ilə əməliyyatların aparılmasının dayandırılmasına görə “Visa İnc.” beynəlxalq kart təşkilatının nümayəndələrinə ABA adından təşəkkürünü bildirib. Görüşdə rəqəmsal transformasiyanın  genişləndirilməsi, iqtisadiyyatda nağdsız ödənişlərin stimullaşdırılması istiqamətində  ABA və ABA-ya üzv banklar tərəfindən görülən işlər, həyata keçirilən birgə layihələr müzakirə edilmişdir.

“Visa İnc.” beynəlxalq kart təşkilatının dəstəyi ilə keçirilən Fintex Sammitin uğurunu nəzərə alaraq onun növbəti illərdə də daha geniş miqyasda keçirilməsi məsələsi ilə bağlı müzakirələr aparılmışdır.

“Visa İnc.” beynəlxalq kart təşkilatı  tərəfindən Azərbaycanda rəqəmsallaşma, nağdsız iqtisadiyyatın formalaşması, nağsız ödənişlərin, eyni zamanda ödəniş kartlarında nağdsız əmliyyatların aparılması üzrə istifadənin sürətləndirilməsi,  bazarda tətbiq edilə biləcək yeni layihələr barədə məlumatlar verilib və bu istiqamətdə görüş iştirakçıları öz fikirlərini bölüşüblər.

MÜDDƏT