ABA: Vətəndaşların valyutaya olan tələbatı ödənilir

Əlavə edilib:

Bu gün Azərbaycan bankları normal iş rejimində fəaliyyət göstərir.

Müştərilərə bütün növ bank xidmətləri, o cümlədən valyuta mübadiləsi xidməti göstərilir: “Vətəndaşların valyutaya olan tələbatı ödənilir. Bankların baş ofis və filiallarına valyuta alışı ilə bağlı müraciətlər yox dərəcəsindədir”.

Xatırladaq ki, martın 11-də Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən qlobal enerji bazarında vəziyyət və onun ölkə iqtisadiyyatına təsirinə dair müşavirədə Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib ki, bankların gündəlik iş rejimi bir saat uzadılsın: “Əlavə olaraq, Mərkəzi Bank və maliyyə-bank sektoru birlikdə həm şənbə, həm də bazar günləri adi iş rejimində fəaliyyət göstərəcəklər. Ona görə də vətəndaşlarımız bu imkanlardan istifadə edərək istirahət günlərində də valyutadəyişmə məntəqələrində öz vəsaitlərini dəyişdirə bilərlər. Digər tərəfdən, hökumətin tapşırığı ilə biz bayram günlərində də iş rejimimizi planlaşdıracağıq və əgər lazım gələrsə, Mərkəzi Bank və bank sektoru fəaliyyət göstərəcək”.

MÜDDƏT