ABŞ-nin “WTW” şirkətinin Türkiyə ofisinin nümayəndələri ilə görüş keçirilmişdir

Əlavə edilib:

3 may 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “İnsan resurslarının idarəedilməsi üzrə Ekspert Qrupu” və ABŞ-nin “WTW” şirkətinin Türkiyə ofisinin nümayəndələri arasında görüş keçirilmişdir.

Görüşdə insan resursları sahəsində bazar tendensiyalarını öyrənmək üçün sorğuların keçirilməsi, bu istiqamətdə təlimlərin təşkili və digər məsələlərin müzakirəsi aparılmışdır.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatları təmsil etmək, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT