AMB, ABA və MMX arasında görüş keçirilib

Əlavə edilib:

2 fevral 2026-cı il tarixində Ani Ödənişlər Sisteminə (AÖS) keçidlə bağlı Azərbaycan Banklar Assosiasiyasının (ABA) Komplayens Ekspert Qrupu, Azərbaycan Mərkəzi Bankı və Maliyyə Monitorinq Xidmətinin nümayəndələrinin iştirakı ilə görüş keçirilib.

Görüş zamanı AÖS çərçivəsində həyata keçirilən əməliyyatlar üzrə komplayens və identifikasiya tələbləri, banklararası məlumat mübadiləsi, hesabatlılıq məsələləri, eləcə də C2C (kartdan karta) və TOP UP (hesabın/balansın artırılması) əməliyyatlarının icra mexanizmləri müzakirə olunub. Bununla yanaşı, bankdaxili ödənişlərin AÖS vasitəsilə icrası və mövcud yanaşmalar ətrafında fikir mübadiləsi aparılıb.

Müzakirələrin nəticələrinə uyğun olaraq, aidiyyəti qurumlar və banklar arasında əlavə koordinasiya və məlumat mübadiləsinin davam etdirilməsi barədə razılıq əldə olunub.

MÜDDƏT