Ani Ödənişlər Sistemində fiziki şəxslərə təqdim edilən funksional imkanların təkmilləşdirilməsi məsələləri müzakirə olunub

Əlavə edilib:

16 fevral 2023-cü il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndələri və Azərbaycan Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun bir sıra mütəxəssisləri arasında keçirilən görüşdə Ani Ödənişlər Sistemində fiziki şəxslər arasında bank hesabları vasitəsilə pul vəsaitlərinin köçürülməsi üzrə mövcud funksional imkanlar və onların təkmilləşdirilməsi istiqamətləri müzakirə edilmişdir.

Qeyd edilməlidir ki, hazırda Ani Ödənişlər Sistemində fiziki şəxslər arasında pul vəsaitlərinin köçürülməsi heç bir xidmət haqqı tətbiq edilmədən real vaxt rejimində icra edilir.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT