Asiya İnkişaf Bankı nümayəndələri ilə ABA arasında görüş keçirilib

Əlavə edilib:

12 mart 2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyası ilə Asiya İnkişaf Bankı regional nümayəndəliyi arasında görüş keçirilib.

Görüşdə ABA-nın prezidenti Zakir Nuriyev və icraçı direktor Yunus Abdulov, həmçinin Asiya İnkişaf Bankının yerli nümayəndəsi Nail Vəliyev və qurumun digər nümayəndələri iştirak ediblər.

Görüş zamanı Azərbaycanda bank sektorunun maliyyə vasitəçiliyi rolunun artırılması imkanları, həmçinin regionlarda maliyyə savadlılığı və kreditləşmə vəziyyəti müzakirə edilib.

Qeyd edək ki, 1966-cı ildə təməli qoyulan Asiya İnkişaf Bankı 67 üzvdən ibarətdir. Asiya İnkişaf Bankı ifrat yoxsulluğun aradan qaldırılması səylərini davam etdirməklə yanaşı, Asiya və Okeaniya ölkələrinin hərtərəfli və davamlı inkişafına çalışır.

Nəzərinizə çatdıraq ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT