Asiya İnkişaf Bankı nümayəndələri ilə ABA arasında görüş keçirilib

Əlavə edilib:

Azərbaycan Banklar Assosiasiyası ilə Asiya İnkişaf Bankının nümayyəndələri arasında görüş keçirilmişdir.

Görüşdə ABA-nın icraçı direktoru Yunus Abdulov, baş iqtisadçı Əzizağa Haxverdiyev və təşkilatın “Kredit işi” Ekspert Qrupunun üzvləri, həmçinin Asiya İnkişaf Bankının Bakıda səfərdə olan eksperti Piort Koryinski və digər nümayəndələr iştirak ediblər.

Görüş zamanı Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Asiya İnkişaf Bankının da dəstəyi ilə icra edilən “Qeyri bank maliyyələşməsi və alternativ maliyyə alətlərinin inkişafı” layihəsi çərçivəsində Mikromaliyyə Strategiyasının hazırlanmasına dair, ölkədə fəaliyyət göstərən MKOB-ların maliyyələşməsi üzrə cari vəziyyətin öyrənilməsi və düzgün diaqnostikanın aparılması, MKOB-ların maliyyəyə çıxışına mənfi təsir edən maneələrin qiymətləndirilməsi, maliyyə institutlarının qarşılaşdıqları risklər, dövlət dəstək mexanizmlərindən istifadə səviyyəsi və informasiya infrastukturun hazırlanması kimi məsələlər geniş müzakirə edilmişdir.

MÜDDƏT