Azərbaycan Banklar Assosiasiyası və İpoteka və Kredit Zəmanət Fondu arasında onlayn görüş keçirilib

Əlavə edilib:

5 iyun 2025-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) və İpoteka və Kredit Zəmanət Fondunun nümayəndələrinin iştirakı ilə onlayn formatda görüş təşkil olunub.

Görüşdə sahibkarlar arasında qarşılıqlı hesablaşmanın təmin edilməsi ilə bağlı risklərin azaldılması, “dəyər zənciri”nin fasiləsizliyinin qorunması, nağdsız hesablaşmaların stimullaşdırılması və həm yerli, həm də xarici bazarda sahibkarlıq fəaliyyətinin dəstəklənməsi istiqamətində yeni zəmanət mexanizmlərinin tətbiqi ilə bağlı məsələlər müzakirə edilib. Bu çərçivədə akkreditiv, faktorinq və bank qarantiyası kimi maliyyə alətləri üzrə zəmanətlərin verilməsi imkanları nəzərdən keçirilib və müvəkkil banklarla əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər müzakirələrin davam etdirilməsinin faydalı olduğunu qeyd edərək, gələcək əməkdaşlıq imkanlarının araşdırılmasının vacibliyini vurğulayıblar.

MÜDDƏT