Azərbaycan Banklar Assosiasiyası başsağlığı verir

Əlavə edilib:

Azərbaycan Banklar Assosiasiyasında 2000-ci illərin əvvəllərində İcraçı Direktor vəzifəsini icra etmiş Məmmədov Eldəniz Qabil oğlunun vəfat xəbəri bütün ABA kollektivini və üzvlərini dərindən kədərləndirmişdir. Təşəbbüskarlığı, fəallığı, səriştəli idarəçilik qabiliyyəti ilə yadda qalan əziz həmkarımızın və yoldaşımızın ölüm xəbəri bizlər üçün olduqca ağır və üzücüdür.

Koronavirus infeksiyasının səbəb olduğu pandemiya şəraitində fiziki olaraq Məmmədovlar ailəsinin, onun yaxınlarının, əzizlərin yanında ola bilmədiyimizdən təəssüfləndiyimizi bildirir, Azərbaycan Banklar Assosiasiyasının üzvləri, Rəyasət Heyəti və kollektivi adından ailəsinə, sevdiklərinə dərin hüznlə başsağlığı verir və ona Allahdan rəhmət diləyirik. Eldəniz bəyin əziz xatirəsi bir dost və həmkar kimi ABA kollektivinin qəlbində daim yaşayacaq.

Allah Rəhmət Etsin.

MÜDDƏT