Azərbaycan Banklar Assosiasiyası ilə Türkiyə İştirakçı Banklar Birliyi arasında əməkdaşlığa dair Memorandum imzalanmışdır

Əlavə edilib:

13 iyun 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) və Türkiyə İştirakçı Banklar Birliyi (TKBB) arasında Türkiyə və Azərbaycanda maliyyə sektorunun inkişafına dəstək məqsədilə Anlaşma Memorandumu imzalanmışdır.

Sənəd ABA-nın prezidenti Zakir Nuriyev və TKBB İdarə Heyətinin Sədri İlker Sırtkaya tərəfindən imzalanmışdır.

Anlaşma Memorandumu üzv təşkilatlar arasında qarşılıqlı faydalı əməkdaşlıq vasitəsilə tərəflərin ümumi maraqlarını təşviq etmək məqsədi daşıyır. Müqaviləyə görə, ABA və TKBB bank və maliyyə sahəsində seminarlar, forumlar, konfranslar və digər tədbirlərin təşkili üçün birgə əməkdaşlıq etmək qərarına gəlmişlər.

Əməkdaşlığın məqsədi birgə təlim və mübadilə proqramlarının təşkili, məlumat mübadiləsinin asanlaşdırılması, həmçinin Türkiyə və Azərbaycan bankları arasında müxbir əlaqələrinə birbaşa töhfə verməkdir.

Bildirək ki, ABA çoxsaylı xarici bank assosiasiyaları ilə ikitərəfli əməkdaşlıq əlaqələri qurmuş, eləcə də beynəlxalq və regional bank birlikləri ilə yaxından əməkdaşlıq edir. Bunlardan Avropa Bankçılıq Federasiyasını və Beynəlxalq Bank Şurasını qeyd etmək olar. Eyni zamanda, 2022-ci ildə isə ABA-nın və Türkiyə Banklar Birliyinin təşəbbüsü ilə “Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurası” (Şura) yaradılmışdır.

Əlavə edək ki, iclas 13-14 iyun 2023-cü il tarixlərində Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Respublikasının Mərkəzi Bankının təşkilatçılığı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Azərbaycan Fintex Assosiasiyasının dəstəyi və VİSA şirkətinin qlobal tərəfdaşlığı ilə keçirilən “FİNTEX SAMMİT 2023” çərçivəsində baş tutmuşdur.

MÜDDƏT