Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası arasında görüş keçirilmişdir

Əlavə edilib:

4 may 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının (ATİA) rəhbər şəxsləri arasında görüş keçirilmişdir.

Görüş zamanı tikinti sektorunun maliyyələşdirilməsi mexanizminin daha da təkmilləşdirilməsi, bu sahədə potensial imkanların araşdırılması və assosiasiyalar arasında əməkdaşlığın genişləndirilməsi, həmçinin birgə qarşılıqlı əməkdaşlığa dair memorandumun imzalanması ilə bağlı fikir mübadiləsi aparılmışdır.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatları təmsil etmək, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT