Azərbaycan Banklar Assosiasiyası və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən üzv bankların nümayəndələri üçün vebinar keçirilmişdir

Əlavə edilib:

1 sentyabr 2022-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) və Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) “Daşınar əmlakın yüklülüyünə əsaslanan maliyyələşmə” layihəsinin komandası tərəfindən ABA-ya üzv bankların nümayəndələri üçün onlayn formatda vebinar təşkil edilmişdir.

Vebinarın məqsədi hər iki qurum arasındakı əməkdaşlıq çərçivəsində daşınar əmlakın yüklü edilməsi, yüklülüyün açıqlanması, üstünlüyün müəyyən edilməsi, həmin əmlaka tutma yönəldilməsi ilə bağlı mövcud təcrübənin və hüquqi aspektlərin aydınlaşdırılması məqsədi ilə ABA üzvləri arasında keçirilmiş sorğunun nəticələrinin müzakirə edilməsi olmuşdur. Görüş zamanı sorğunun nəticələri təhlil edilmiş, konkret hallar üzrə fikir mübadiləsi aparılmış, tərəfləri maraqlandıran suallara cavab verilmişdir.

IFC haqqında daha çox məlumat əldə etmək üçün bu linkə daxil olun: https://www.ifc.org.

MÜDDƏT