Azərbaycan Banklar Assosiasiyası və Sahibkarlığın İnkişafı Fondunun rəhbər nümayəndələri arasında görüş keçirilib

Əlavə edilib:

Azərbaycan Banklar Assosiasiyasının (ABA) üzv təşkilatlarının rəhbərləri ilə Sahibkarlığın İnkişafı Fondunun (SİF) İdarə Heyətinin sədri Osman Xaliyev arasında 24 fevral 2023-cü il tarixində görüş keçirilib.

Görüş zamanı, 2023-cü il üzrə SİF-in kreditləşmə siyasəti üzrə hədəfləri, sahibkarların güzəştli maliyyə dəstəyindən yararlanmaqla bağlı müraciətlərinə dair məsələlər müzakirə edilmiş və banklarda yaranan suallar cavablandırılmışdır.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 25 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT