Azərbaycan Banklar Assosiasiyası Yalta şəhərində keçirildiyi iddia edilən iqtisadi forumda iştirak etməyib

Əlavə edilib:

Bəzi mətbu orqanlarda Azərbaycan Banklar Assosiasiyasının (ABA) nümayəndələrinin 20-22 aprel 2017-ci il tarixində Yalta şəhərində keçirildiyi iddia edilən iqtisadi forumda iştirak etdiyi ilə bağlı yanlış xəbərlər yayılmışdır.

Bildirmək istərdik ki, bu xəbərlər tamamilə əsassızdır və ABA-nın heç bir nümayəndəsi Yalta şəhərində nə 20-22 aprel 2017-ci il, nə də başqa bir tarixdə keçirilən hər hansı bir tədbirdə iştirak etməmişdir.

MÜDDƏT