Azərbaycan Banklar Assosiasiyasının icraçı direktoru Yunus Abdulov Aqrobiznesin İnkişafı Forumunda çıxış etmişdir

Əlavə edilib:

21-22 dekabr 2021-ci il tarixlərində Kənd Təsərrüfatı Nazirliyi və İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı, Dünya Bankının dəstəyi ilə Bakıda Aqrobiznesin İnkişafı Forumu keçirilmişdir. Tədbirdə Kənd Təsərrüfatı və İqtisadiyyat nazirliklərinin rəhbər şəxsləri, hər iki nazirliyin tabeli qurumlarının,  Dünya Bankının Azərbaycan nümayəndəliklərinin təmsilçiləri, Mərkəzi Bankın, Azərbaycan Banklar Assosiasiyasının, ölkədə fəaliyyət göstərən bankların və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişdir.

Azərbaycan Banklar Assosiasiyasının icarı direktoru Yunus Abdulov forumun ikinci – “ Bank sektorunda aqrobiznesin maliyyələşdirilməsi təcrübəsi maliyyə alətləri, risklər və onların tənzimlənməsi ilə bağlı təkliflər” panelində çıxış etmiş, aqrobiznesin inkişafı, onun maliyyələşdirilməsi ilə əlaqədar mövcud imkanlar və çağırışlardan danışmışdır.

MÜDDƏT