Azərbaycan Banklar Assosiasiyasının nümayəndə heyəti Türkiyə Banklar Birliyinə işgüzar səfər edib

Əlavə edilib:

Səfər çərçivəsində Azərbaycan Banklar Assosiasiyasının (ABA) İcraçı direktoru Yunus Abdulov və Baş iqtisadçı Bəhruz Əhmədov Türkiyə Banklar Birliyinin (TBB) Baş katibi Ekrem Keskin və Birliyin fəaliyyət istiqamətləri üzrə koordinatorları ilə görüşüblər.

Üç gün davam edən görüşlər zamanı ABA-nın nümayəndə heyətinə TBB-nin fəaliyyətinin əsas istiqamətləri, o cümlədən bank sektoru üzrə tənzimləmələr, bu istiqamətdə işçi qruplarının fəaliyyəti və dövlət qurumları ilə əlaqələr, Birliyin nəzdində yaradılmış Risk Mərkəzinin fəaliyyəti, Birlikdə həyata keçirilən araşdırmalar və qurulmuş statistik informasiya sistemi, istehlakçıların hüquqlarının qorunması, müştəri şikayətlərinə baxılması qaydaları haqqında geniş təqdimatlar edilib və qeyd olunan məsələlər üzrə mövcud təcrübənin ABA-da tətbiqi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın yaradılmasında əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olub. Hazırda 30 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda Azericard MMC ABA-nın üzvüdür.

MÜDDƏT