Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin iclası keçirilib

Əlavə edilib:

11 iyun 2018-ci il tarixində Azərbaycan banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin iclası keçirilib.

Bankların təqdim etdikləri xidmətlər və məhsullara aid müxtəlif müqavilələrin unifikasiyası imkanlarının müzakirəsi, “Qeyri-işlək aktivlərin restrukturizasiya proqramına dair Kollektiv Saziş”də ABA-nın üzərinə düşən məsələlər, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə ABA arasında, məhkəmə qərarlarının icrası ilə bağlı məsələlərin təkmilləşdirilməsi üzrə İşçi Qrupunun yaradılması iclasın gündəliyinə daxil olan əsas məsələlər olub.

Bununla yanaşı iclasda “Maliyyə Forum-Sərgisi”nin keçirilməsi, “Pilot layihələr”ə daxil olan mənzillərin ipotekası ilə bağlı, həmçinin cari məsələlər də müzakirə edilib.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT