Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin iclası keçirilmişdir

Əlavə edilib:

15 iyul 2020-ci il tarixində  Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir.

İclas gündəliyində duran əsas məsələlər sırasında hazırkı şəraitdə banklarda kibertəhlükəsizlik məsələləri, ABA-nın  2-ci rüb ərzində gördüyü işlər, bank sektorunun cari vəziyyəti və digər məsələlər  yer almışdır.

İclas zamanı qlobal müstəvidə yaranmış vəziyyətlə əlaqədar maliyyə-bank sektorunun mövcud vəziyyəti həmçinin gündəlikdə yer alan cari məsələlərlə bağlı fikir mübadiləsi aparılmış, görülən işlərlə bağlı hesabat dinlənilmişdir.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını təmsil etmək, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT