Azərbaycan Banklar Assosiasiyasının Ümumi yığıncağı keçirilmişdir

Əlavə edilib:

19 fevral 2021-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ümumi yığıncağı keçirilmişdir. Yığıncağı giriş sözü ilə açan ABA-nın prezidenti Zakir Nuriyev iclasın gündəliyində olan məsələlər barədə məlumat verib.

İclasın gündəliyinə ABA-nın 2020-ci il üzrə fəaliyyətinə dair hesabatın (görülmüş işlər, Ekspert Qrupları və maliyyə hesabatı) dinlənilməsi və təsdiqi, ABA-nın Audit Komitəsinin hesabatının dinlənilməsi və təsdiqi, ABA-nın törəmə qurumlarının 2021-ci il üzrə büdcəsinin və ştat cədvəlinin təsdiqi: ABTM; Banklar və Biznes qəzeti; Biləsuvar bağça-məktəb-lisey kompleksi və cari məsələlər daxil olub.

İclasda ABA-nın 2020-ci il üzrə fəaliyyətinə dair hesabat və maliyyə təsərrüfat hesabatı ABA-nın İcraçı Direktoru Yunus Abdulov tərəfindən təqdim edilib və təsdiq edilmişdir. ABA-nın Audit Komitəsinin hesabatı dinlənilib və təsdiq edilib.

Bundan əlavə iclas iştirakçıları ölkənin Bank Ombudsmanının son 3 il üçün fəaliyyətinə dair hesabatı dinlənilmiş, gələcək planlar haqqında məlumat verilmişdir.

İclas zamanı ABA-ya üzv olmaq məqsədiylə 1 Bank – “Naxçıvanbank” ASC və 2 qeyri Bank – “Azərbaycan Kredit Bürosu” MMC-in, “MilliKart” MMC-in müraciətlərinə baxılmışdır. Müraciətlər iclas iştirakçılarının yekdil səsverməsi nəticəsində qəbul edilərək bu təşkilatlar ABA-nın üzvlərinin siyasına daxil edilmişdir. Beləliklə hazırda ABA-ya üzv təşkilatların sayı artaraq 26 bank və 6 qeyri-bank olmuşdur.

İclasın sonunda 2019-cu il və 2020-ci il üzrə ABA-ya üzv bankların, ən fəal Ekspert Qruplarının və Bank-maliyyə sahəsində araşdırmalar və yazılarla çıxış edən bank ekspertlərinin onlayn formada mükafatlandırılması keçirilmişdir. Mükafatlandırılma zamanı onlayn formada plaketlər təqdim edilmişdir.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir.

MÜDDƏT