Azərbaycan Banklar Assosiasiyasının Ümumi Yığıncağı keçirilmişdir

Əlavə edilib:

23 fevral 2022-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ümumi yığıncağı keçirilmişdir.

İclasın gündəliyinə ABA-nın və onun törəmə qurumlarının 2021-ci il üzrə fəaliyyətinə dair hesabatlarının təsdiqi və digər cari məsələlər daxil olmuşdur.

Bundan əlavə Ümumi yığıncaqda “Bank Ombudsmanın Əsasnaməsi”nə müvafiq dəyişiklik edilmişdir. Belə ki, həmin dəyişikliyə əsasən, Bank Ombudsmanı tərəfindən baxıla biləcək şikayətlər 2 000 (iki min) ABŞ dolları ndan 10 000 (on min) ABŞ dollarına qaldırılmışdır.

İclasın sonunda 2021-ci il üzrə ABA-ya üzv bankların və o cümlədən ABA-nın nəzdində vəaliyyət göstərən fəal Ekspert Qruplarının mükafatlandırılması keçirilmişdir. 

MÜDDƏT