“Azərbaycan Beynəlxalq Bankı”ndan Xalid Əhədov və “Bank Respublika”dan Şakir Rəhimov ABA-nın Rəyasət Heyətinə seçiliblər

Əlavə edilib:

3 fevral 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) ümumi yığıncağı keçirilib.

İclasda Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Xalid Əhədov ABA-nın Rəyasət Heyətinin üzvü və vitse-prezidenti, “Bank Respublika”dan Şakir Rəhimov isə Heyətin üzvü seçiliblər.

Qeyd edək ki, Xalid Əhədov 10 yanvar 2017-ci ildən etibarən Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri vəzifəsini icra edir. Şakir Rəhimov isə “Accessbank”ın İdarə Heyəti sədri vəzifəsindən ayrılaraq fəaliyyətini “Bank Respublika”da davam etdirir.

MÜDDƏT