Azərbaycan Kredit Bürosunun fəaliyyətinin təkmilləşdirilməsi üzrə rəy və təkliflər müzakirə edilib

Əlavə edilib:

15 mart 2023-cü il tarixində “Zoom” platforması üzərindən Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Kredit işi Ekspert Qrupu”nun növbəti iclası keçirilib.

İclas zamanı Azərbaycan Kredit Bürosunun (AKB) fəaliyyətinin təkmilləşdirilməsi üzrə bankların rəy və təklifləri müzakirə edilmişdir.
Müzakirələrdə AKB-nin direktoru Elçin Həbibov və qurumun digər nümayəndələri də iştirak etmişdir.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT