Azərbaycan məktəbliləri “Avropa Pul Viktorinası”nda iştirak etmişdir

Əlavə edilib:

20 aprel 2021-ci il tarixində maliyyə savadlılığının qiymətləndirilməsi məqsədilə təşkil edilən və ümumilikdə 50 min şagirdin iştirak etdiyi Avropa Pul Viktorinasının final mərhələsi ingilis dilində keçirilmişdir. Final mərhələ Avropa Banklar Federasiyası tərəfindən Kahoot! platformasında onlayn təşkil edilmişdir. 28 ölkədən 55 şagirdin iştirak etdiyi bu mərhələdə Azərbaycanı 2 nəfər – Xırdalan şəhər 3 nömrəli məktəbin şagirdi Ülkər Aşurova və Humanitar fənlər təmayüllü məktəb-liseyin şagirdi Nurlan Karibov – təmsil etmişdir. 

Viktorinanın final mərhələsində 1-ci yerdə Macarıstan, 2-ci yerdə İrlandiya, 3-cü yerdə Slovakiya qərarlaşmışdır. 

Xatırladaq ki, cari ilin mart ayında Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə Avropa Pul Viktorinasının milli mərhələsi təşkil edilmişdir (https://bizimpullar.az/news/detail/348). 

13-15 yaşlı məktəblilər arasında keçirilən müsabiqənin ilk mərhələsində 300 nəfər iştirak etmiş və onlardan 150 nəfər yarımfinala keçmişdir. Milli final mərhələsinə isə yalnız 20 nəfər layiq görülmüşdür. Milli finalın qalibləri müvafiq olaraq 1-ci və 2-ci yerləri tutmuş Ülkər Aşurova və Nurlan Karibov Mərkəzi Bankın Maliyyə savadlılığı şöbəsinin əməkdaşı Vüsal Həsə

novun keçirdiyi seminarlarda iştirak edərək Avropa Pul Viktorinasının final mərhələsinə hazırlaşmışdılar. 

Yarışmanın keçirilməsində əsas məqsəd məktəblilərin maliyyə savadlılığının artırılmasını dəstəkləməkdir. 2017-ci ildən keçirilən yarışlara Azərbaycan məktəbliləri ilk dəfə 2019-cu ildə qoşulublar.

 2021-ci ilin finalında iştirak edən ölkələrə Albaniya, Almaniya, Avstriya, Azərbaycan, Çexiya, Danimarka, Estoniya, Finlandiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Latviya, Lixtenşteyn, Litva, Luksemburq, Macarıstan, Makedoniya, Malta, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Serbiya, Slovakiya, Sloveniya, Türkiyə və Yunanıstan daxildir.

MÜDDƏT