Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ilə Azərbaycan Banklar Assosiasiyası arasında görüş keçirilib

Əlavə edilib:

25 oktyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Azərbaycan Banklar Assosiasiyası arasında görüş keçirilmişdir.

Görüş zamanı məhkəmə və icra sahəsində bankların qarşılaşdıqları məsələlər ilə bağlı geniş müzakirələr aparılmışdır.

Müzakiələrin nəticəsi kimi, müvafiq məsələlərin həlli istiqamətində birgə səy göstərilməsi məqsədi ilə nazirlik və bank nümayəndələrindən ibarət məhkəmə və icra məsələləri sahəsində 2 (iki) İşçi qrupunun yaradılması qərara alınmışdır.

Bundan əlavə, bankların qarşılaşdıqları müvafiq problemlərin birgə müzakirəsi məqsədilə Nazirliyin Qeydiyyat və Notariat Baş İdarəsi və Məhkəmə Ekspertizası Mərkəzinin rəhbər şəxslərinin təklifi ilə birgə görüşün keçirilməsi nəzərdə tutulmuşdur.

MÜDDƏT