Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi ilə ABA arasında görüş keçirilib

Əlavə edilib:

6 sentyabr 2023-cü il tarixində Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzində Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev və müxtəlif bankların hüquq departamentlərinin rəhbərləri ilə işçi görüş keçirilib.

Mərkəzin rəisi Elçin Qasımov dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ədliyyə sisteminin müasirləşdirilməsi üzrə həyata keçirilən, həmçinin sahibkarlığın inkişafına və bank sektorunun fəaliyyətinin səmərəliliyinə xidmət edən kompleks qanunvericilik, institusional və praktiki tədbirlər barədə məlumat verib, məhkəmə ekspertizası sahəsində aparılan islahatlar, Mərkəzin fəaliyyətinin müasirləşdirilməsi və rəqəmsallaşdırılması ilə bağlı görülən tədbirlərdən, qarşıdakı hədəflərdən danışıb.

Tədbirdə ölkə iqtisadiyyatının aparıcı sahələrindən olan banklarla ədliyyə orqanlarının, o cümlədən Məhkəmə ekspertizası mərkəzi ilə qarşılıqlı fəaliyyətinin əhəmiyyəti qeyd olunub, aktual məsələlər və ortaya çıxan problemlərin həlli yolları müzakirə edilib.

ABA-nın prezidenti Z.Nuriyev ədliyyə sisteminin rəqəmsallaşmasını, o cümlədən bankların işinin asanlaşdırılmasına xidmət edən “Elektron məhkəmə” və “Elektron icra” informasiya sistemlərinin, notariat və məhkəmə ekspertizası sahəsində innovasiyaların tətbiqini yüksək qiymətləndirib.

Sonda maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmaqla verilən suallar cavablandırılıb.

MÜDDƏT