Məhkəmə İşçi qrupunun növbəti iclası keçirilmişdir

Əlavə edilib:


25 fevral 2021-ci il tarixində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Azərbaycan Banklar Assosiasiyası arasında fəaliyyət göstərən Məhkəmə İşçi qrupunun onlayn formatda iclası keçirilmişdir. İclasda hər iki tərəf üzrə qrupun koordinatorları, Ədliyyə Nazirliyinin və ABA-ya üzv bankların bu sahə üzrə məsul nümayəndələri iştirak etmişdir. İclasda bu sahə ilə bağlı tərəfləri maraqlandıran məqamlar müzakirə edilmiş, görüləcək işlər üzrə fikir mubadiləsi aparılmışdır.

Qeyd edək ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin müvafiq qurumları ilə Azərbaycan Banklar Assosiasiyası arasında 2019-cu ildə 3 müvafiq İşçi qrupları (Məhkəmə, İcra və Ekpertiza məsələləri üzrə) yaradılmış və hazırda fəal sürətdə fəaliyyətləri təşkil edilməkdədir.

MÜDDƏT