Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Azərbaycan Banklar Assosiasiyası arasında növbəti görüş keçirilmişdir

Əlavə edilib:

30.10.2019-cu il tarixində Ədliyyə Nazirliyində nazir müavini Vilayət Zahirovun sədrliyi və digər İdarə rəislərinin iştirakı ilə Azərbaycan Banklar Assosiasiyasının (ABA) ekspertləri ilə birgə yeni yaradılmış “Məhkəmə İşçi Qrupu” və “İcra İşçi Qrupu” qruplarının nümayyəndələri arasında görüş keçirilmişdir.

Görüş zamanı qrupların fəaliyyət istiqamətləri, qarşılarına qoyulan və bankları narahat edən məsələlər, bunların mümkün həlli yolları müzakirə edilmişdir.

Xatırladaq ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Azərbaycan Banklar Assosiasiyası (ABA) arasında 25 oktyabr 2019-cu il tarixində keçirilmiş görüş zamanı nazirlik və bank nümayəndələrindən ibarət “Məhkəmə İşçi Qrupu” və İcra İşçi Qrupu” yaradılması qərara alınmışdır.

MÜDDƏT